Müharibə müxbiri Maksim Fominin (Vladlen Tatarski kimi tanınır – red.) öldüyü Sankt-Peterburqda kafedə törədilən terror aktında ittiham olunan Daria Trepova istintaqla əməkdaşlıq edir.

“AğdamTv”nin məlumatına görə, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Agentliyin xəbərinə görə, Trepova istintaqla əməkdaşlıq edir və onun bütün ifadələri onlarla hüquq-mühafizə orqanlarının əməkdaşının daxil olduğu istintaq və əməliyyat qrupları tərəfindən diqqətlə yoxlanılır.

Hazırda istintaq Trepovaya terror aktında kömək edənləri araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir