Kanadanın Baş naziri Castin Trüdo, Kanadanın 14 rusiyalı şəxs və 34 təşkilata qarşı sanksiya tətbiq edəcəyini və Ukraynaya yeni hərbi dəstək paketi təqdim edəcəyini açıqlayıb.

“Ağdam tv” xəbər verir ki, Trüdo bu haqda Ukraynanın Baş naziri Denis Şmiqal Kanadanın Ontario ştatının Toronto şəhərində görüşü zamanı danışıb.

Kanadanın Ukraynaya 21 min avtomat, 38 pulemyot və 2,4 milyon patron göndərəcəyini qeyd edən Trüdo, Rusiyanın muzdlu şirkəti “Vaqner”ə bağlı olanlar da daxil olmaqla 14 şəxs və 34 təşkilata sanksiya tətbiq edəcəklərini bildirib.

Qeyd edək ki, Kanada 2022-ci ilin yanvar ayından Ukraynaya 8 milyard Kanada dollarından çox maliyyə, hərbi, humanitar və digər yardımlar ayırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir