Azərbaycanda qadın həkim xeyli sayda insanı dövlət qurumlarında işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək külli miqdarda ziyan vurduğuna görə həbs edilib.

“Agdam tv”nin məlumatına görə, həkim bu işi Lənkəran Şəhər Təhsil Şöbəsində psixoloq-metodist işləmiş, hazırda həbsdə olan Ramal Mirzəzadə adlı şəxslə törədib.

Belə ki, ali təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində alan, 1990-cı ildə həmin təhsil ocağının məzunu olan, həmin vaxtdan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim vəzifəsində işləyən 1966-cı il təvəllüdlü Təranə Hüseynova (ad-soyad şərti) 2009-19-cu illər ərzində Lənkəran Şəhər Təhsil Şöbəsində psixoloq-metodist vəzifəsində çalışan 1981-ci il təvəllüdlü Ramal Mirzəzadə ilə əlbir olaraq, müxtəlif şəxsləri işə düzəldəcəyinə dair yalan vədlər verməklə külli miqdarda ziyan vurub.

Hər iki şəxs işlədikləri dövrdə 20-dən çox şəxsi Xarici İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Bakıda və rayonlarda müxtəlif məktəblərə, bağçalara müəllim, direktor vəzifələrinə düzəldəcəyinə inandıraraq, hər birindən 2-50 min manat aralığında pul alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir