İranda hicab taxmayan qadınları ağıllı kameralar aşkar edəcək.

“AğdamTv” xarici KİV-ə istinadən xəbər verir ki, kameralar İranın küçələrində geyim qaydalarına əməl etməyən qadınların kimliyini də müəyyən edəcək.

Qaydalara əməl etməyən şəxslərlə bağlı xəbərdarlıq mesaj şəklində göndəriləcək.

İran rəsmiləri bu addımın vətəndaşlarda hər hansı bir gərginliyin yaşanmaması üçün təhlükəsizlik qüvvələri tərəfindən yenilikçi bir tədbir olduğunu bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir