İran təyyarə və bir sıra raket buraxılış qurğularını daşıya biləcək dünyada analoqu olmayan təyyarədaşıyan gəmi hazırlayır.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı general Əlirza Təngsiri açıqlama verib.

“Bu gəmi həm təyyarə, həm də bir sıra raket qurğuları daşımaq qabiliyyətinə malikdir”, – general qeyd edib.

Onun sözlərinə görə, “Şəhid Məhdəvi” və “Şəhid Rudəki” gəmiləri bu sahəyə daxil olan və uzun məsafəli naviqasiya imkanlarını təkmilləşdirmək üçün gəmilər qurmaqda uğurlu təcrübədir.

“Biz gələcəkdə daha çox imkanlara malik yeni nəsil gəmilərin şahidi olacağıq”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir