İndoneziya sahillərində 6,9 maqnitudalı zəlzələ olub.

“AğdamTv” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı təxminən 840 min nəfər əhalisi olan Padanq şəhərindən 188 km qərbdə yerləşib.

Episentr 20 km dərinlikdə olub.Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Bundan başqa, Şimali Sumatra əyalətində daha əvvəl baş vermiş zəlzələdən sonra sunami xəbərdarlığı qüvvədədir.

Bu barədə çərşənbə axşamı İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi məlumat yayıb.

O, zəlzələnin maqnitudasını 7,3 qiymətləndirib.

Bundan əvvəl Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi onun maqnitudasının 6,9 bal olduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir