İlon Mask bazar günü Ukraynaya 100 milyon dollar verdiyini açıqlayıb.

“Ukraynaya 100 milyon dollar bağışladım, bəs siz nə qədər ianə etdiniz? Yeri gəlmişkən, biz ABŞ Müdafiə Nazirliyinin vəsaitini də rədd etdik” deyə o, yazıçı Stiven Kinqə cavab olaraq “Twitter” hesabında yazıb.

Qeyd edək ki, yazıçı Maska Ukraynaya yardım edən fondun səhifəsinə mavi işarəni geri qaytarmağı, həmçinin işarənin satışından əldə ediləcək gəliri Ukraynaya köçürməyi təklif edib.

Bundan əvvəl “Twitter” administrasiyası “Twitter Blue” abunəsi almamış istifadəçilərin hesablarından səhifələrin həqiqiliyini göstərən mavi işarələri silməyə başlayıb. Artıq Microsoft qurucusu Bill Qeyts, Papa Fransisk və başqaları bu işarələri itiriblər. Sonradan abunəçi sayı milyonu keçmiş məşhurların səhifələrinə sözügedən işarə ödənişsiz olaraq qaytarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir