Hindistanın şimal-şərqindəki Manipur ştatında silahlı qruplarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşmalarda 54 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Bu barədə “Press Trust of İndia ” xəbər agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.

Nəşr həmçinin qeyd edib ki, qeyri-rəsmi məlumatlara əsasən, ölənlərin sayı 100, yaralıların sayı isə 200-ə yaxındır.

Mayın 5-də silahlı ekstremist qruplarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı toqquşma olub, ştata əlavə ordu və polis bölmələri yerləşdirilib. Hərbçilər toqquşma bölgələrindən 13 min insanı təxliyə edib. Manipur hakimiyyəti ordu hissələrinə qəbilə zəminində iğtişaşların və toqquşmaların təhrikçilərinə qarşı silahdan istifadəni əmr edib.

Qeyd edək ki, bu həftə bölgədə Kuki və Meytey tayfalarının nümayəndələri arasında kütləvi toqquşmalar olub. Qarşıdurmalara səbəb Meytey qəbiləsindən olan miqrantlara bir sıra imtiyazlar verən Manipurda planlaşdırılmış kasta adlanan statusu almaq tələbi olub. Bu, ştatın yerli əhalisini təşkil edən Kuki nümayəndələrinin etirazı ilə qarşılanıb, onlar belə tələbləri öz hüquqlarının pozulması hesab ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir