Fransada pensiya islahatına qarşı olan Ümumi Əmək Konfederasiyası (CGT) Kann Film Festivalı zamanı elektrik enerjisini kəsməklə hədələyib.

CGT-nin enerji qolu Fransa Prezidenti Emmanuel Makronun ölkəni sakitləşdirmək üçün “100 günlük” tədbirlər planı vədinə cavab olaraq “100 günlük tədbirlər və qəzəb” mövzusunda planını açıqlayıb. Bu plan qəbul edilmiş pensiya islahatının həyata keçirilməməsini tələb edir.

Konfederasiyadan bununla bağlı verilən yazılı açıqlamada xəbərdarlıq edilib ki, baş tutacaq çox sayda əhəmiyyətli mərasimlər “qaranlığa qərq ola bilər”.  

“May ayında nə istəyirsən, et! Kann Film Festivalı, Monako Qran-prisi, Rolan Qarros turniri, Avinyon Festivalı qaranlıqda qala bilər”, – deyə qeyd edilib.

Xatırladaq ki, Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir