“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir. 

“AğdamTv” xəbər verir ki, “Red Bull” pilotu Serxio Peres 29 dövrədən sonra liderdir. 

Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb. 

15:38

“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir. 

“Report” xəbər verir ki, “Red Bull” pilotu Serxio Peres 18 dövrədən sonra liderliyi ələ keçirib. 

Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb. 

15:00

“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

“AğdamTv” xəbər verir ki, 51 dövrəlik mübarizəyə saat 15:00-da start verilib.

Aprelin 28-də gerçəkləşən sıralama turunda “Ferrari” pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib.

“Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub.

“Ferrari”nin digər sürücüsü Karlos Sayns və “Mercedes”dən Lüis Hemilton ilk “5-liy”i tamamlayıblar.

Ferstappen hazırda 75 xalla turnir cədvəlində liderdir.

Peres 62 xalla ikinci pillədə qərarlaşıb.

İlk “3-lüy”ü “Aston Martin”dən Fernando Alonso (48 xal) qapayır.

Konstruktorlar kubokunun lideri isə “Red Bull” (137 xal) komandasıdır.

“Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü sıradadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir