Milyarder İlon Mask “Microsoft” və “Google”in süni intellekt təşəbbüslərinə meydan oxumaq üçün “TruthGPT” adlandırdığı platformasını işə salacağını açıqlayıb.

Ağdam tv xarici mətbuata istinadən xəbər verir ki, Fox News kanalından Tucker Carlson-a müsahibə verən İlon Mask “ChatGPT”yə rəqib olmaq üçün “TruthGPT” adlı süni intellekt platformasını işə salacağını açıqlayıb.

“Mən “TruthGPT” adlandırdığım, maksimum həqiqəti axtaran, kainatın təbiətini anlamağa çalışan AI-ya başlayacağam”, – deyə Mask bildirib.

O izah edib ki, “TruthGPT” təhlükəsizliyə aparan ən yaxşı yol ola bilər və insanları məhv etmək ehtimalı çox azdır.

O, “Microsoft” tərəfindən dəstəklənən “ChatGPT”nin arxasında duran “OpenAI” firmasını “süni intellekti yalan danışmağa təhrik etməklə” tənqid edib.

Qeyd edək ki, Mask ötən ay Nevada ştatında qurulan X.AI Corp adlı firmanı qeydiyyatdan keçirib. 

Təşkilat Maskı direktor, Jared Birchallı isə katib kimi göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir