Çinin paytaxtı Pekində özəl xəstəxananın stasionar bölməsində baş verən yanğında həyatını itirənlərin sayı 29-a yüksəlib.

“Ağdam tv”xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər dünən günortadan sonra Fingtay bölgəsindəki Pekin Changfing Xəstəxanasında baş verən yanğında daha 8 nəfərin öldüyünü bildirib.

İlk təsbitlərə görə, yanğında can itkisi 29-a yüksəlib.

Yanğının baş verdiyi xəstəxanada ambulator xidmətlər dayandırılıb. Bundan başqa, xəstəxananın bağlı olduğu şirkətin səhm əməliyyatları dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir