Heç bir avropalı əsgər Ukrayna ərazisinə ayaq basmayacaq.

Bunu Almaniya Bundestaqının müdafiə məsələləri üzrə komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Zimmerman (Marie-Agnes Strack-Zimmermann) deyib.

Komitə rəhbərinin sözlərinə görə, Kiyevə Qərb istehsalı olan “Tornado” və “Eurofighter” qırıcı təyyarələri də verilməyəcək. Buna səbəb kimi, ukraynalı pilotların bu təyyarələri idarə etmək təcrübəsini qısa zamanda əldə edə bilməmələri göstərilib.

Bununla belə, Ştrak-Zimmerman qeyd edib ki, MiQ-29 təyyarələrinin Ukraynaya verilməsi məsələsində vəziyyət tamamilə fərqlidir: “Bu təyyarələr sovet dövründə yaranan ordu ehtiyatlarından olan qırıcılardır və tez bir zamanda Ukraynaya tədarük edilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir