Cənubi Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyi cəmiyyətdən təcrid olunmuş vətəndaşlara ayda 650 min Koreya vonu (təxminən 500 ABŞ dolları) verəcək.

Ağdam tv “report”a istinadən xəbər verir ki, bu barədə CNN xəbər yayıb.

Belə ki, Cənubi Koreya cəmiyyətdən təcrid olunmuş vətəndaşların psixoloji və emosional sabitliyini dəstəkləmək üçün onlara aylıq müavinət ödəyəcək.

“19-39 yaş arası koreyalıların təxminən 3,1%-i və ya 338 min nəfəri özlərini xarici aləmdən təcrid etmiş, qapalı məkanda və həyatda çətinliklər yaşayan subay gənclərdir”, – deyə nazirliyin hesabatında deyilir.

Belə ki, gəliri ölkə üzrə orta səviyyədən (təxminən 4 165 ABŞ dolları) aşağı olan 9-24 yaş arası subay gənclərə aylıq yardım göstəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir