Qadın Hüquqları Şəbəkəsi (WRN) qeyri-hökumət təşkilatı 2019-cu ilin yanvarından bu yana üç il ərzində Böyük Britaniya xəstəxanalarında 6500 cinsi cinayət törədildiyini açıqlayıb.

Müvafiq məlumatlar İngiltərə və Uelsdəki 35 polis bölməsindəki fəallar tərəfindən əldə edilib.

Bu müddət ərzində 2088 zorlama, 4451 cinsi qısnama barədə məlumat daxil olub. Qurbanların 95%-ni qadınlar təşkil edib. Qeyd olunur ki, zərərçəkənlər arasında yaşı 13-dən az olan uşaqlar da var.

Hesabat müəllifləri xəstəxanaların müşahidə kameraları ilə təchiz olunmasına baxmayaraq, 95,9% hallarda günahkarların cəzalandırılmadığını və dindirilməyə dəvət olunmadığını vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir