Böyük Britaniya dövlət işçilərinin istifadə etdiyi elektron cihazlarda TikTok sosial şəbəkəsindən istifadəni qadağan edib.

“AğdamTv” xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədə  nazirlər və hökumət rəsmilərinin də TikTok-dan istifadəsi məhdudlaşdırılıb.

Həmçinin, parlamentdəki deputatlara TikTok platformasının İngiltərədə ictimai telefonlarda və digər elektron cihazlarda istifadəsinin təhlükəsizlik baxımından qadağan edilməsi tövsiyə olunub.

Qeyd edək ki, son aylarda bir çox ölkələr TikTok-a məhdudiyyət qoyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir