“İqtisadiyyatımız üçün xarici təhlükələr hələ də mövcuddur”.

“Ağdam tv” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət rəsmiləri ilə görüşündə bildirib.

“Bu ilin birinci rübündə konsolidasiya edilmiş büdcə gəlirləri 13 trilyon rublu keçib. Neft və təbii qaz istisna olmaqla, gəlirlər 14 faiz artaraq 1,4 trilyon rubla çatıb. İqtisadiyyatımız üçün hələ də xarici təhlükələr var və biz bunu yaxşı bilirik. Hər şeyin öz-özünə yaxşı olacağına inanaraq, bu məsələdə rahatlaşmaq, vəziyyəti axarına buraxmaq düzgün olmazdı, buna haqqımız yoxdur”, – deyə Putin vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir