Aprelin 3-ü səhər saatlarında Rusiyanın Petropavlovsk-Kamçatski vilayətində 6,9 bal gücündə zəlzələ baş verib.

“AğdamTv” xəbər verir ki, bu barədə Kamçatka vilayətinin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, zəlzələnin ocağı yerin 100 kilometr dərinliyində olub. Zəlzələ nəticəsində şəhərin bəzi hissələri işıqsız qalıb.

Məlumata görə, yeraltı təkanlar insanlar arasında çaxnaşmaya səbəb olub. Yüzlərlə insan küçələrə axışıb.

Zəlzələ nəticəsində bəzi binalara ciddi ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir