Furqanoğlu – Dəmir yumruq” komandası İstanbulda “Teknofest-2023” festivalında 18 nəfərlik heyətlə iştirak edir. 

“Ağdam tv” xəbər verir ki, artıq 3 ildir ki rəsmi olaraq “Teknofest”də iştirak edən “Furqanoğlu – Dəmir yumruq” komandasına şirkətin direktoru Araz Musayev və İdarə Heyətinin sədri Azər Həsənsoy rəhbərlik edirlər. 

Ötən il Samsunda “Teknofest”də dəniz suyundan hidrogen qazı alma cıhazı ilə iştirak edən “Furqanoğlu” MMC, bu dəfə İstanbul Anadolu Universiteti ilə görmə əngəllilər üçün şairlərin şerlərini səslərdirən tablonun və yeni işlənən riyazı oyunların kataloqunun tanıtımı ilə iştirak edir. 

Qeyd edək ki, Türkiyənin təhsil naziri professor Mahmut Özerlə də görüşülüb və bu texnologiya ilə bağlı məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir