Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ Senatının Demokrat və Respublikaçı partiyaların təmsilçilərinin iştirak etdiyi nümayəndə heyətini qəbul edib.

“AğdamTv”nin məlumatına görə, bu barədə Ukrayna liderinin özü məlumat verib. Onun sözlərinə görə, görüş iştirakçıları Amerika yardımının gələcək istiqamətlərini və bu prosesdə Konqresin rolunu ətraflı müzakirə ediblər.

“Biz ümumi dəyərlər – azadlıq və demokratiya uğrunda mübarizə aparırıq. Qələbəmiz Avropada və bütün dünyada vəziyyətin inkişafı üçün həlledici olacaqdır. Ukraynaya səfər etdiyiniz üçün təşəkkür edirik. Bu, dövlətimizə və bütün Ukrayna xalqına dəstəyin vacib siqnalıdır”, – deyə Zelenski bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir