ABŞ-ın strateji neft ehtiyatı 369,6 milyon barelə qədər azalıb ki, bu da 1983-cü ilin noyabrından indiyədək ən aşağı səviyyədir.

“AğdamTv” xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin enerji informasiya departamentinin həftəlik icmalında deyilir.

Qeyd olunur ki, 1983-cü ilin noyabrında ABŞ-ın neft ehtiyatı da 369,6 milyon barel təşkil edib. Eyni zamanda, son bir həftə ərzində göstərici 1,6 milyon barel azalıb.

Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, ABŞ hakimiyyəti çətinliklərə baxmayaraq, vergi ödəyicilərinin xeyrinə neft ehtiyatlarını artırmağı planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir