ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən məktəbdə baş verən atışma zamanı 6 nəfər ölüb.

Bu barədə “AğdamTv” “ABC News”a istinadən xəbər verir.

Qeyd edilir ki, həlak olanlardan 3-ü şagirdlər, 3-ü isə məktəbin əməkdaşlarıdır.

Digər mətbu orqanların məlumatına görə, məktəbə hücum edən silahlı şəxs də öldürülüb. O, gənc qızdır.

Bundan əvvəl WKRN telekanalı da atışma zamanı bir neçə nəfərin öldüyünü xəbər verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir