ABŞ-nin İndiana ştatında təkrar emal müəssisəsində yanğın baş verib.

”Ağdam tv” xarici KİV-ə istinadən xəbər verir ki, yanğınla əlaqədar 2000 nəfərin təxliyəsi üçün hazırlıqların görüldüyü açıqlanıb.

İndiana ştatının yanğınsöndürmə rəisi Stiv Cons keçirdiyi mətbuat konfransında müəssisədə yanan əşyalar arasında plastiklərin olduğunu, dünən başlayan və kilometrlərlə yayılan qara tüstünün tamamilə zəhərli olduğunu bildirib.

Cons yanğın nöqtəsinə 800 metr məsafədə olan sakinlər üçün təxliyə əmri verildiyini və küləyin istiqamətinə görə qərarın dəyişdirilə biləcəyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir