Amerikanın “Abrams M1A1” tankları, ehtimal ki, 2023-cü ilin sonuna qədər Ukraynaya çatdırılacaq.

AğdamTv” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun spikeri general Patrik Rayder bildirib.

O qeyd edib ki, indi Almaniyada kadr hazırlığı davam etdiriləcək – bunun üçün xüsusi olaraq oraya “Abrams M1” tankları göndəriləcək.

“Bu tanklar (Almaniyaya göndəriləcək – red.) yalnız təlim üçün nəzərdə tutulacaq. Bunlar sonradan Ukraynaya gedəcək yenilənmiş tanklar deyil”, – o qeyd edib.

Onun sözlərinə görə, Ukraynaya gələn “Abrams M1А1” ölkədə gedən döyüşlərin xüsusiyyətlərinə uyğun təchiz ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir