Türkiyənin ilk elektrikli avtomobili TOGG təkcə milli deyil, həm də dünya brendinə çevriləcək.

Ağdam tv “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Ayasofya məscidində bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Türkiyənin ilk elektrik avtomobili olan TOGG-un tədarüklərinin davam etdirildiyini vurğulayıb.

Türkiyə lideri xatırladıb ki, TOGG markalı avtomobillər Azərbaycan Prezidenti İlham Əliyevə və Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyevə təqdim olunub.

Qeyd edək ki, TOGG-un seriya istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu İlin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilə qədər 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

Bu elektrikli avtomobillərin satışına mart ayından başlanılıb.

TOGG 100 % elektrik enerjisi ilə hərəkət edən nəqliyyat vasitəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir