Sudan ordusu paytaxt Xartum ətrafındakı əraziləri Çevik Reaksiya Qüvvələrinin bölmələrindən təmizləməyə başlayıb.

“AğdamTv”  Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ordunun feysbukda yaydığı məlumatda deyilir.

“Biz dözümlülük və itaətsizlik mərhələsini keçdik, paytaxt ətrafında üsyançı qrupların mövcudluğundan tədricən təmizlənməsi mərhələsinə keçdik”, – bəyanatda bildirilir.

Sudan ordusu bu qüvvələri “qəddar zorakılıq formaları tətbiq olunduğu” müəyyən ərazilərdə nəzarət-buraxılış məntəqələri yaratmaqda ittiham edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir