Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizlidə 29 Oktyabr Bulvarında keçirilən mitinqdə iştirak edib.

İctimaiyyətə müraciət edən dövlət başçısı müxalifəti tənqid edib və vətəndaşlara şad xəbər verib.

“21 il ərzində biz ancaq iş görmüş və xalqa xidmət siyasəti aparmışıq. Bununla da ölkəmizin çoxəsrlik çatışmazlıqlarını aradan qaldırmışıq. Son 20 ildə Dənizliyə 70 milyard sərmayə qoymuşuq. Bəs onlar nə etdilər? İzmirə nə etdilər?”, – deyə Ərdoğan müxalidətə işarə edərək bildirib.

O, aprelin 20-də Qara dənizdən hasli edilən mavi qazın yandırılacağını bəyan edib. “Sabah Qara dəniz qazını yandıracağıq. Aprelin 20-də Filyosdayıq, iftardan sonra təbii qazımızı alovlandıracağıq”, – Ərdoğan qeyd edib.

O, vurğulayıb ki, Qərb onun hakimiyyətdən gedəcəyini səbirsizliklə gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir