Qırışlar, incə xətlər, tünd ləkələr qocalmanın ən bariz əlamətləridir.

Xüsusilə göz ətrafınızdakı cizgilər yaşınızı göstərir.

Gənc bir dəriyə sahib olmaq istəyirsinizsə, hər gün riayət etməli olduğunuz bəzi addımlar var.

Müntəzəm dəriyə qulluq etməklə, erkən qocalmanı dayandıra bilərsiniz. 

AğdamTv Lent.az-a istinadən xəbər verir ki, istənilən yaşda gənc dəriyə sahib olmaq dərinizə uyğun məhsulları nizamlı şəkildə istifadə etməlisiniz. 

Dəri təmizliyi 

Dərinin təmizlənməsi dəriyə qulluğun əsas mərhələsidir.

Dərinizin səthində hər gün kir, yağ və makiyaj qalıqları toplanır.

Bunun qarşısını almaq üçün dəri tipinizə uyğun təmizləyicilərlə dərinizi silməlisiniz.

Səhər və axşam ilıq su ilə dərini yumalısınız. 

Toniklər ilə məsamələri sıxlaşdırın

 Dərinizi dərindən təmizləmək üçün təmizləyici gel və ya köpükdən istifadə etmək kifayət deyil.

Dərinin təmizlənməsi mərhələsindən sonra mütləq məsamələrinizi tonik köməyi ilə silməlisiniz.

Bu prosesdə alkoqolsuz və dərini sakitləşdirən toniklər məsləhətdir. Serum ilə dəstək

 Dəriyə qulluq serumları yaşlanma əleyhinə müalicələr üçün əvəzolunmazdır.

Dərini gücləndirmək, yumşaltmaq və qidalandırmaq üçün ən təsirli üsullardan biri dəri serumlarından istifadə etməkdir.

Dəri serumları dərini bərpa edir və hüceyrələrin yenilənməsini dəstəkləyir.

Dərini çox tez nəmləndirir. Qırışların və incə xətlərin yaranmasının qarşısını alır.

Dəriyə parlaq bir görünüş verir.

Dərinizi hər gün təmizləyib tonladıqdan sonra təsirli dəri serumu ilə dərinizi masaj etməyi unutmayın.

Göz kremini unutmayın .

Göz ətrafındakı xətlər yaşınızı dərhal ortaya çıxardır.

Gözün zərif hissəsinə qarşı qulluğa laqeyd yanaşmamalısınız.

Bunun üçün mövcud olan göz kremlərə qarşı diqqətcil olmalısınız.

Bu barədə təbii metod axtarırsınızsa, göz ətrafınız üçün xiyar və ya yaşıl çaydan istifadə edə bilərsiniz.

Nəmləndirici

Yaşlanma əleyhinə gündəlik dəriyə qulluğun son mərhələsi nəmləndiricidən istifadə etməkdir.

Nəmləndiricilər qırışların yaranmasının qarşısını alır, dərini qidalandırır, bərpa edir və elastikliyini qoruyur.

Unutmayın ki, quru dəri daha tez qırışır.

Ancaq bir nəmləndirici istifadə edərək dərinizin qocalmasının qarşısını ala bilərsiniz.

Qeyd edək ki, nəmləndirici kreminizi dəri tipinizə uyğun seçdiyinizə əmin olun.

Günəş kremsiz çölə çıxmayın Dərinizi günəş şüalarının zərərli təsirlərindən qorumadığınız zaman çox tez quruyacaq və qırışlar yaranacaq.

Günəşdən dəriyə müxtəlif ləkələr də düşə bilər.

Bunun üçün mütləq SPF-li kremlərinizi yanınızdan ayırmayın.

Günəş kremini yalnız yayda yox, bütün fəsillərdə istifadə etmək lazımdır.

Bu kremləri həmişə çölə çıxmazdan 15-20 dəqiqə əvvəl çəkin. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir