“Azərbaycan xalqı üçün çox ağır itkidir”.

Bunu Oxu.Az-a mərhum Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilovun vida mərasimində Xalq artisti, tarzən Ramiz Quliyev deyib.

R.Quliyev qeyd edib ki, mərhum sənətkarla o 60 il bir yerdə çalışıblar: “Elə insan var ki, heç vaxt unudulmur, yaddan çıxmır. Aftandil də elələrindəndir. 60 illik ən əziz dostum idi. Çox pis təsir edir. Çox ağır itkidir. O, ifaları ilə Azərbaycan xalqına xidmət edib. Xoş günləri sevirdi. Aftandilin sədası unudulmayacaq. Azərbaycan xalqı həmişə onu yada salacaq. Ruhu şad olsun, əziz dostumu itirdim. Çox pis olmuşam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir