Bu gün I qrup Qarabağ müharibəsi əlili, “Qarabağ qaziləri” ictimai birliyinin üzvü, qazi Əliyev Arif Kamal oğlu dünyasını dəyişib.

“Ağdamtv” bildirir ki, qazi gecə saatlarında vəfat edib.Arif Əliyev 1967-ci ildə Ağdam rayonunda anadan olub. 1992-ci ildə Ağdam uğrunda gedən ağır döyüşlərdə yaralanıb və hər iki ayağını itirib.

Qazi “Vətən Uğrunda” medalı ilə təltif edilib.

A.Əliyev bu gün torpağa tapşırılacaq.

Ailəli idi. 3 qız övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir