Mayın 1-dən 5-dək ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə tətil günləridir.

“Agdam tv”-nin məlumatına görə, mayın 6-sı və 7-si şənbə və bazar gününə təsadüf etdiyindən tətildən sonrakı ilk dərs günü mayın 8-də olacaq.

Bildirək ki, 6 günlük dərs həftəsi olan məktəblərdə dərslər mayın 6-dan başlayacaq.

Qeyd edək ki, bu tətil ümumi orta və tam orta təhsil səviyyələrinə şamil edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir