Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 187 770 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 688 tank, 7 151 zirehli maşın, 2 863 artilleriya sistemi, 539 reaktiv yaylım atəşi sistemi, 291 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 437 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 784 avtomobil texnikası və avtosistern, 345 xüsusi texnikadan ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir