Ermənistan mətbuatı və sosial şəbəkələri ermənilərin bu gün Laçın istiqamətində şərti sərhəddə törətdiyi təxribatla bağlı ziddiyyətli məlumat yayır.

Ermənilərin təxribatla bağlı yaydığı ilk məlumatda Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın Azərbaycan hərbçiləri ilə danışıqlar apardığı yer alıb.

Həmin vaxt guya azərbaycanlı hərbçilər danışıqlar üçün gələn erməni hərbçilərə atəş açıblar. Nəticədə atışma baş verib, ölən və yaralananlar olub, Gözəlyan da yaralanıb.

Bir az sonra isə ermənilər
Azərbaycan hərbçilərinin ermənilərlə danışıqlar aparmaq üçün şərti sərhəddə mühəndis-istehkam işləri aparılan əraziyə gələrək atəş açdığını yazır. Eyni mənbənin yaydığı iki məlumatın bir-birinə zidd olması onu göstərir ki, Ermənistan mediası yalan tirajlamaqla məşğuldur. Məqsəd baş vermiş təxribata görə məsuliyyəti üzərindən atmaqdır.

Elə bu ziddiyyətli məlumatların yayılması təxribatın Ermənistan tərəfindən törədildiyini, Ordumuzun buna adekvat cavab verdiyini göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir