Dövlət İmtahan Mərkəzi 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatikayönümlü (Rİ altqrupuna daxil olan) ixtisaslarına qəbul olunmaq istəyən abituriyentlərə müraciət edib.

“Agdam tv” xəbər verir ki, müraciətdə deyilir:

“I qrup üzrə yalnız informatikayönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər qəbul imtahanının II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən eyni vaxtda imtahan verəcəklər. RK altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə riyaziyyat, fizika və kimya fənnindən eyni vaxtda imtahan verəcəklər. Hər iki altqrupu seçən abituriyentlər isə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə bir gündə informatikadan imtahan verəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir