“Açılış mərasimində yaşananlar idmançılarımızda psixoloji ruh düşkünlüyü yaratdı”.

“AğdamTv” xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatı zamanı baş vermiş təxribata münasibət bildirərkən deyib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən federasiya rəsmisi Ermənistan tərəfinin onların orada qalmaları üçün maneələr yaratdığını söyləyib:

“Bayrağımız yandırıldığı zaman həmin dəqiqə oranı tərk etmək istədik, lakin alınmadı.

Yarışın təhlükəsizliyinə cavabdeh olan Ermənistanın yüksək vəzifəli şəxsləri qalmağımızı istədilər.

Oteldən çıxmağımızı əngəlləmək fikrində idilər ki, gecikmələr olsun.

Buna müəyyən qədər nail oldular”.

Onun sözlərinə görə, komanda qitə birinciliyində çıxış etsəydi, daha ciddi problemlər yarana bilərdi:

“Bu, Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ikinci təsnifat yarışı idi. Komandamızın əsas məqsədi həmin turnirdə layiqincə iştirak etmək və təsnifat xalları qazanmaq idi.

Bu, ciddi hadisələrin baş verəcəyindən xəbər verirdi.

Biz də etirazımızı bildirdik və çıxış etməyəcəyimizi dedik.

Çünki yarışın keçirildiyi məkan böyük idman qurğusu idi.

Bayrağın yandırılması bu siqnalların startı idi.

Biz qorxmadıq.

Sadəcə, tamamilə yarışa kökləndiyimiz bir anda bu hadisə yaşandı və uşaqların təhlükəsizliyinə artıq əmin deyildik”.

Baş katib Ermənistana yollanmazdan əvvəl təşkilatçı ölkənin iki təminata qol çəkdiyini, lakin buna əməl etmədiyini vurğulayıb: “İki təminat olmuşdu.

Birincisi, digər ölkələrlə eyni təminat idi. Ancaq biz bununla kifayətlənmədik.

Xüsusi qeydlər apardıq, ona uyğun olaraq paraqraflar üzrə təminatları üzərlərinə götürmələrini istədik.

Ancaq bütün bu təminat kağız üzərində verildi.

Bayrağın yandırılması idmançıların çıxışı zamanı başqa fəsadların yaşanmasına gətirib çıxara bilərdi”.

Rizvan Rəsulov əlavə edib ki, hadisədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva məsələni diqqətdə saxlayıblar:

“Eyni zamanda, xalqımızın da böyük dəstəyini hiss etdik.

Hadisə ilə bağlı Avropa Ağır Atletika Federasiyasına, Beynəlxalq Ağır Atletika Federasiyasına etirazımızı bildirdik.

Əbəttə ki, hamı idmançıları medallarla qarşılamaq istəyərdi”.

Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndəsi erməniləri köhnə düşüncədə olan geridəqalmış adlandırıb:

“Görünür, inkişaf etmək istəmirlər.

Özlərini qafqazda fərqli millət hesab edirlər.

Bəli, fərqli millət kimi formalaşıblar, ancaq mənfi mənada.

Barbar hərəkətlər edirlər.

Qafqazda bu dərəcədə kinli başqa xalq yoxdur.

Bütün sahələrdə özündən qat-qat güclü olan dövlətə qarşı bu hərəkət yolverilməzdir”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir