Bakının Şüvəlan və Mərdəkan qəsəbələri arasındakı yolda salınan velosiped zolağı vətəndaşların narazılığına səbəb olub. Sakinlər velosiped yolunun salınmasından deyil, nahamar olmasından şikayət edirlər. 

“Velosiped zolağı daha hamar, maneəsiz olmalıdır, daha böyrək daşı tökən yox”, – deyən vətəndaşların şikayətinə cavabdeh olanları tapmaq üçün həmin velosiped zolağının layihəsinin kim tərəfindən verildiyini öyrənməyə çalışdıq.

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentlik Şüvəlan-Mərdəkan yolundakı 8,2 km-lik velosiped yolu ilə bağlı layihələndirmə işlərinə dəstək göstərib:

“İşin icrası və ona nəzarət isə icraçı tərəfindən həyata keçirilir”.

Əldə etdiyimiz məlumata görə, sözügedən layihənin icrasını isə Bakı Abadlıq Xidməti həyata keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir