Azərbaycan Dillər Universitetində tələbələrə saqqal saxlamağın qadağan edildiyi iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Tələbələr bildiriblər ki, rəhbərlik tərəfindən onlara saqqal saxlamağa icazə verilmir.

Buna səbəb kimi “İran məsələləri” iddia edilib.

ADU-nun Mətbuat Xidmətinin rəhbəri Cavid Zeynallı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar düzgün deyil:

“Universitetdə belə qadağa yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir