“Starship” kosmik gəmisinin prototipini daşıyan raket havaya qalxdıqdan 4 dəqiqə sonra partlayıb.

Hadisənin canlı yayımı “SpaceX” şirkətinin saytı vasitəsilə aparılıb.

Yayımlanan görüntülərdən belə məlum olub ki, 38 km hündürlüyə çatan 120 metrlik raket buraxılışdan təxminən iki dəqiqə yarım sonra nəzarətsiz şəkildə fırlanmağa başlayıb. Dəqiqə yarım sonra isə partlayış baş verib.

Qeyd olunub ki, raket buraxılış meydançasından qalxa bilsə, sınaq buraxılışı uğurlu sayılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir